Göydələnlər#10031

Göydələnlər

1 saniyə
128 meqabayt
Orta

5000 il sonra, koronovirusun tam bitdiyi zamanlarda Bakıda n göydələn tikilməsi planlaşdırılır. Bakını ədəd oxu kimi təsvir edəcəyik. Plandakı hər göydələnin abzis oxu üzərindəki koordinatı (x[i]) və hündürlüyü (h[i]) verilmişdir. Mühəndislər bir göydələni o vaxt “əlverişsiz” sayırlar ki, bu binanın həm solunda ən çoxu d məsafədə, həm də sağında ən çoxu d məsafədə ondan ən azı 2 dəfə hündür olan başqa göydələn var (bu göydələn özü əlverişsiz ola bilər). Belə göydələnlər biznes üçün əlverişli sayılmır, ona görə də, mühəndislər onların əvəzinə başqa obyekt tikməyi planlayırlar. Siz isə əlverişsiz göydələnləri saymalısınız ki, mühəndislər neçə göydələn tikəcəklərini tapa bilsinlər.

Giriş verilənləri

İlk sətirdə n (1 ≤ n ≤ 10^5) və d (1 ≤ d ≤ 10^9) tam ədədləri verilir. Növbəti n sətirin hərəsində x[i] və h[i] (1 ≤ x[i], h[i] ≤ 10^9 ) ədədləri verilir. Bütün koordinatlar fərqlidir.

Çıxış verilənləri

Çıxışa yalnız əlverişsiz göydələnlərin sayı verilir.

Nümunələr

Nümunə 1

Loading
Loading