Qəribə ardıcıllıq#11112

Qəribə ardıcıllıq

1 saniyə
128 meqabayt
Asan

Verilmiş n ədədindən aşağıdakı S ardıcıllığı alınır:

S[0] = n,S[i] = f(S[i-1]), i ≥ 1

Burada f(x) - x ədədinin rəqəmlərini azalan sırada düzdükdə alınan ədədlə, artan sırada düzdükdə alınan ədədin fərqinə bərabərdir. Məsələn:

f(2214) = 4221 − 1224 = 2997

Qeyd edək ki, başdakı sıfırlar nəzərə alınmır.

S[k]-nı tapın.

Giriş verilənləri

Yeganə sətirdə iki tam ədəd n (0 ≤ n ≤ 10^9) və k (0 ≤ k ≤ 10^5) verilir.

Çıxış verilənləri

Çıxışa S[k]-nı verin.

Nümunə

Əgər n = 2214, k = 2, o zaman:

A[0] = 2214,

A[1] = f(2214) = 4221 − 1224 = 2997

A[2] = f(2997) = 9972 − 2799 = 7173

Nümunələr

Nümunə 1

Loading
Loading