Hörümçək-adam Bakıda çoxlu hündür binaların olduğunu eşitdikdə dərhal Bakıya səyahət etmək qərarına gəldi. Buradakı hündür binaları gördükdə özünə hakim ola bilməyən Hörümçək-adam bir binadan digərinə, ondan da başqa birinə və s. tullanmağa başladı.
Bakıda n sayda bina var. Bu binaların i-cisinin hündürlüyü h[i] metrdir.
Uzun müddət Hörümçək-adamı müşahidə etdikdə gördünüz ki, o i-ci binadan j-ci binaya yalnız o halda tullana bilər ki, h[i]-ni h[j]-yə böldükdə qalıqda k qalsın.
Sizin tapşırığınız hər bir bina üçün, Hörümçək-adamın həmin binadan birbaşa neçə başqa binaya tullana biləcəyini müəyyən etməkdir.
Birinci sətirdə iki tam ədəd n (1 ≤ n ≤ 3 * 10^5) və k (0 ≤ k ≤ 10^6), növbəti sətirdə n sayda tam ədəd h[1], h[2], ..., h[n] (1 ≤ h[i] ≤ 10^6) verilir.
Çıxışa yeganə sətirdə boşluqla ayrılmış n sayda tam ədəd verin.
Bu ədədlərdən i-cisi Hörümçək-adamın i-ci binadan birbaşa tullana biləcəyi digər binaların sayına bərabər olmalıdır.
Nümunə 3. 1-ci binadan digər istənilən binaya tullanmaq olur. 2-ci binadan digər heç bir binaya tullanmaq olmur. 3-cü binadan yalnız 2-ci binaya tullanmaq olur. 4-cü binadan yalnız 3-cü binaya tullanmaq olur. 5-ci binadan 2-ci və 4-cü binalara tullanmaq olur.
Nümunə 1
Nümunə 2
Nümunə 3