Bölünən aralıq#11342

Bölünən aralıq

1 saniyə
128 meqabayt
Orta

Sizə a[1], a[2], ..., a[n] tam ədədlərindən ibarət a massivi verilir. Bu massivin elə hər hansı alt massivini tapın ki, bu alt massivdəki elementlərin cəmi n ə tam bölünsün. Yəni ki, elə hər hansı (i, j) (1 ≤ i ≤ j ≤ n) ədədləri tapın ki, (a[i] + a[i+1] + ... + a[j]) cəmi n ə tam bölünsün. Əgər belə (i, j) cütü tapmaq mümkün deyilsə bu halda cavab olaraq (−1, −1) cütü verin.

Giriş verilənləri

Birinci sətirdə bir tam ədəd, n (1 ≤ n ≤ 10^5) a massivinin elementləri sayı verilir. Növbəti sətirdə n sayda tam ədəd a[1], a[2], ..., a[n] (0 ≤ a[i] ≤ 10^9) verilir.

Çıxış verilənləri

Çıxışa yeganə sətirdə tapşırığın şərtini ödəyən hər hansı (i, j) (1 ≤ i ≤ j ≤ n) cütünü, belə cüt olmadıqda isə (−1, −1) verin.

İzah

a[1] + a[2] + a[3] = 4 + 2 + 4 = 10. Cəm 5 ə tam bölünür.

Nümunələr

Nümunə 1

Loading
Loading