Rəngli şarlar#11398

Rəngli şarlar

1 saniyə
128 meqabayt
Asan

İp boyunca soldan sağa qırmızı və göy rənglərdə rənglənmiş n sayda şar var. Bu şarlar n simvoldan ibarət s sətri ilə ifadə olunur.

s in i ci simvolu 0 olarsa, soldan i ci şar qırmızı, 1 olarsa göy rəngdə rənglənib.

Siz bu şarlardan bəzilərini yenidən rəngləyərək elə etməlisiniz ki, eyni rəngli yanaşı gələn şarlar olmasın. Bunun üçün ən az neçə şarı yenidən rəngləməlisiniz?

Giriş verilənləri

Yeganə sətirdə şarların rənglərini ifadə edən s (1 ≤ |s| ≤ 10^5) verilir. Burada |s|, s sətrinin uzunluğunu bildirir.

Çıxış verilənləri

Çıxışa tapşırığın şərtini ödəmək üçün yenidən rəngləməli olduğunuz şarların minimum sayını verin.

Nümunələr

Nümunə 1

Loading
Loading

Nümunə 2

Loading
Loading

Nümunə 3

Loading
Loading