Qəribə ardıcıllıq#11405

Qəribə ardıcıllıq

1 saniyə
128 meqabayt
Asan

n elementdən ibarət elə a[1], a[2], ..., a[n] ardıcıllığı düzəldin ki, aşağıdakı şərtlər ödənsin:

  1. 0 < a[1] < a[2] < ... < a[n] < 10^6,

  2. ld(a[1]) = fd(a[2]), ld(a[2]) = fd(a[3]), ..., ld(a[n-1]) = fd(a[n]). Burada ld(x) x ədədinin son rəqəmini, fd(x) isə x ədədinin ilk rəqəmini bildirir. Başqa sözlə desək, bu ardıcıllıqda 2-ci elementdən başlayaraq hər elementin ilk rəqəmi ondan əvvəlki elementin son rəqəminə bərabər olmalıdır. Qeyd edək ki, ədədlər 0 la başlaya bilməz.

Giriş verilənləri

Yeganə sətirdə bir tam ədəd n (1 ≤ n ≤ 10^5) verilir.

Çıxış verilənləri

Çıxışa yeganə sətirdə, tapşırığın şərtini ödəyən hər hansı a[1], a[2], ..., a[n] ardıcıllığı verin. Zəmanət verilir ki, verilmiş şərtlər daxilində belə bir ardıcıllıq həmişə var.

Nümunələr

Nümunə 1

Loading
Loading

Nümunə 2

Loading
Loading