n \times n ölçülü kvadrat ərazidə xanalar hər bir sətirdə soldan sağa doğru olmaqla, ən üst sətirdən ən alt sətirə doğru -dan n^2 - 1-ə ardıcıl ədədlərlə nömrələnib.
Nəsir bu ərazidə nömrəli xanada dayanıb və ona qonşu olan bütün xanaların nömrələrinin cəmini tapmaq istəyir. Ona bu işdə kömək edin.
Qeyd edək ki, hər bir xananın birbaşa yuxarıda, aşağıda, solda və sağda olmaqla ən çox qonşusu ola bilər.
Aşağıda n = 4 və k = 11 olan nümunə təsvir edilib.

Burada Nəsir nömrəli xanada dayanıb və ona qonşu olan xanalar dairə ilə işarələnib. Bu halda sağda qonşu yoxdur.
İki tam ədəd (1 \le n \le 10^6) və (0 \le k < n^2) verilir.
Çıxışa verilmiş xanaya qonşu xanaların nömrələri cəmini verin.
Nümunə 2
Nümunə 1