Gəlin aşağıdakı şəkildə baxaq. Şəkildə dekart koordinat sistemində nöqtələr göstərilib. Siz nöqtələr arasında yalnız oxlarla göstərilmiş istiqamətlərdə hərəkət edə bilərsiniz. Başlanğıc nöqtədən təyinat nöqtəsinə çatmaq üçün keçdiyiniz ara nöqtələrin sayına 1 əlavə etməklə addımların sayını hesablamaq lazımdır. Məsələn, (0, 3)-dən (3, 0)-a getmək üçün aralıq nöqtələr olaraq (1, 2) və (2, 1)-dən keçmək lazımdır. Addımların sayı 2 + 1 = 3 olacaq. Bu məsələdə sizdən bir nöqtədən digərinəsinə çatmaq üçün lazım olan addımların sayını hesablamaq tələb olunur. Oxların əks istiqamətində hərəkət etməyə icazə verilmir.

Birinci sətrdə testlərin sayı (0 < n \leq 500) verilir. Sonrakı sətrin hər birində dörd tam ədəd verilir ( hər bir ədəd \leq 10^5). Birinci cüt başlanğıc nöqtəsinin, ikinci cüt isə təyinat nöqtəsinin koordinatlarını göstərir. Koordinatlar (, ) kimi verilib.
Hər bir test üçün əvvəlcə onun nömrəsini, sonra isə başlanğıc nöqtəsindən təyinat nöqtəsinə çatmaq üçün tələb olunan addımların sayını çap edin. Qəbul edirik ki, belə bir yol mütləq mövcuddur.
Nümunə 1