Bir neçə ildir ki, ACM Beynəlxalq Ali Məktəb Tələbələri üçün Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Regional Müsabiqə Direktorları (RCD-lər) qrupu müsabiqəyə təqdim olunan proqramların sıralanma üsulundan narazıdırlar. Qrup proqramın düzgünlüyünə həddən artıq önəm verib, proqramın "keyfiyyətini" nəzərə almamağı elmi və düzgün hesab etmir. Axı proqramlaşdırma peşəsi təkcə düzgünlükdən yox, dizayn, üslub, saxlanılabilənlik və digər məqamlardan da ibarətdir. Qrupun təklifi ondan ibarətdir ki, altı nəfərlik münsiflər heyəti təqdim olunan proqramları konkret aspektlərə əsaslanaraq qiymətləndirsin: 1) Düzgünlük; 2) Dayanıqlılıq; 3) Ümumi dizayn; 4) Aydınlıq; 5) Kod yazma üslubu; 6) Saxlanılabilənlik. Təqdimatın yekun balı isə aldığı altı balın orta göstəricisi olardı.
Mövcud ICPC qiymətləndirmə qaydasının tərəfdarları isə bildirirlər ki, proqramı düzgünlükdən başqa heç bir meyara görə qərəzsiz şəkildə qiymətləndirmək mümkün deyil. ICPC-də necə əmin ola bilərik ki, qiymətləndirmə prosesi ədalətlidir? Başqa sözlə, ICPC necə təmin etsin ki, heç bir münsif bəzi komandaları üstün tutub digərlərinə ədalətsizlik etməsin? Qiymətləndirməyə dair hər hansı bir ittiham ICPC-nin illər ərzində formalaşdırdığı nüfuzu itirməsinə səbəb ola bilər. (Yaxşı! Deməli, onların da haqlı olduqları məqamlar var.) Amma bu, digər sahələrdə namizədlərin subyektiv meyarlara əsasən qiymətləndirilməsinə mane olmayıb. Məsələn, Gimnastika, Nobel Mükafatları və ya hətta ACM-nin öz Dissertasiya Mükafatı belə, qalibi münsiflərin subyektiv qiymətləndirməsi ilə seçilən yüksək nüfuzlu mükafatlardandır. ICPC-də gimnastikada istifadə olunan yeni qiymətləndirmə sistemindən istifadə oluna bilər. Hər bir münsif müxtəlif aspektləri qiymətləndirmək əvəzinə, yuxarıda qeyd olunan altı meyara əsaslanaraq maksimum on baldan ümumi qiymət verərdi. Qərəzsizliyi təmin etmək üçün isə yekun bal belə hesablanardı — bütün ballar arasından ən yüksək və ən aşağı olanları çıxmaqla qalanların ortası götürülərdi. Beləliklə, hansısa komandaya üstünlük vermək istəyən (və əsasız yüksək bal verən) münsifin balı silinə bilər. Eyni zamanda, hansısa komandaya aşağı bal verib ona zərər vermək istəyən münsifin balı da eyni aqibəti yaşaya bilər.
Təqdim edilmiş proqramın yekun balını hesablayan proqram tərtib edin.
Proqramınız bir və ya bir neçə test halında yoxlanacaq. Hər test halı bir sətirdə münsiflərin verdiyi balları göstərir. Test hallarının sonu isə bütün balların sıfır olduğu süni test halı ilə göstərilir.
Hər test üçün yekun balı ayrıca sətirdə (artıq onluq nöqtə və ya sıfır olmadan) çap edin.
Nümunə 1