Hərdən-bir, ingilis dili öyrənən hər bir şagird müəllimləri tərəfindən inşa yazmağa tapşırılır.
İngilis dili müəllimlərinin bu məsələyə münasibəti fərqli ola bilər. Bəzi müəllimlər şagirdin dərsdə keçilməyən sözlərdən istifadəsinə heyran qalır, bəziləri isə belə "bilik nümayişi" və tanış olmayan sözlər işlədənlərə pis qiymət verirlər.
Təəssüf ki, sizin müəlliminiz ikinci kateqoriyadandır. O, yalnız dərsdə keçilmiş sözlərə ciddi şəkildə riayət edilməsini tələb edir.
Bu dəfə qarşınızda yeni bir sınaq var. Sabah təhvil verməli olduğunuz inşa dərsdə öyrəndiyiniz sözlərə nəzarət üçün yazılır. Yəni, dərsdə keçdiyiniz hər bir söz inşada ən azı bir dəfə işlədilməlidir.
İnşanı təhvil verməzdən əvvəl, inşadakı hər bir sözün lüğətdə olub-olmadığını və lüğətdə olan hər bir sözün inşada istifadə olunduğuna əmin olmalısınız.
Giriş faylının birinci sətrində iki ədəd və (1 \leq N \leq 1000, 1 \leq M \leq 10000) verilir.
Növbəti sətrin hər birində lüğətə daxil olan bir söz verilir. Bütün sözlər kiçik latın hərflərindən ibarətdir, hər bir söz ən azı bir, ən çoxu isə simvoldan ibarətdir. Sözlərin əvvəlində və sonunda əlavə boşluq yoxdur.
Daha sonra gələn sətrdə inşanın mətnini verilir. Mətn böyük və kiçik latın hərfləri, boşluqlar və durğu işarələri (nöqtə - , vergül - , iki nöqtə - , nöqtəli vergül - , tire - , apostrof - ', dırnaq işarəsi - (), nida işarəsi - , sual işarəsi - ) istifadə olunur. Mətnin ümumi uzunluğu 10^4 simvoldan artıq deyil.
Bu məsələdə sözlərə həssaslıq yoxdur (böyük/kiçik hərf fərqi nəzərə alınmır).
Əgər inşa bütün tələblərə cavab verirsə, Everything is going to be OK. çap edin.
Əgər inşada lüğətdə olmayan sözlər varsa, Some words from the text are unknown. çap edin.
Əgər əvvəlki hal yoxdursa, lakin lüğətdə olan bəzi sözlər inşada işlədilməyibsə, The usage of the vocabulary is not perfect. çap edin.
Nümunə 1