Qatarın marşrutundakı ardıcıl stansiyaların hər bir cütü arasında getdiyi vaxt məlumdur. Həmçinin başlanğıc stansiyasından çıxış vaxtı da verilib. Qatarın marşrutu üzrə hər bir stansiyanı tərk etmə vaxtını (sonuncu stansiya üçün bu, çatma vaxtı olacaq; qatarın stansiyalarda dayandığı vaxt nəzərə alınmır) hesablayan proqram yazın.
Birinci sətirdə qatarın başlanğıc stansiyasından çıxış vaxtı verilib. Vaxt aşağıdakı formatda göstərilib: ilk iki rəqəm saatı göstərir (00-dan 23-ə kimi), sonra iki nöqtə, sonra iki rəqəm dəqiqəni göstərir (00-dan 59-a kimi). Bu sətirdə boşluq yoxdur.
İkinci sətirdə marşrutdakı stansiyaların sayı (2 \leq N \leq 1000) verilib (başlanğıc və son stansiyalar daxil olmaqla). Üçüncü sətirdə N-1 tam ədəd verilir: birinci ədəd başlanğıc stansiyadan ikinciyə getmə vaxtıdır (dəqiqə ilə), ikinci ədəd ikinci stansiyadan üçüncüyə getmə vaxtı və s. Bu ədədlərin hər biri natural ədəddir və -dən böyük deyil.
Qatarın hər bir stansiyadan keçdiyi (çıxdığı) vaxtı çap edin. Vaxtı inputdakı formatda göstərin.
Nümunə 1