Çox məşhur bir kitabın az qala onun qədər məşhur olan müəllifi öz əsərinin davamını yazmaq qərarına gəlib. O, bütün kitablarını Internetə qoşulmuş kompüterdə yazırdı. Belə ehtiyatsızlıq ucbatından Nenokku adlı bir oğlan hələ yazılmamış kitabın mətninə daxil ola bilib. Hər axşam oğlan yazıçının kompüterinə girib yeni hissələri öz kompüterinə köçürürdü. Nenokku növbəti fəsli köçürəndə maraqlanıb ki, görəsə müəllif "kitab" sözündən heç olmasa bir dəfə istifadə edibmi? Amma o, kitab oxumağı sevmir (Internetdə oturmağı üstün tutur), buna görə sizdən xahiş edir ki, əsərdə hansısa bir sözün olub-olmadığını öyrənəsiniz. Əlbəttə, onu yalnız bir söz maraqlandırmır, bir çoxu maraqlandırır.
Giriş məlumatlarının hər sətrində iki tipdən biri olan yazı olacaq:
? söz, burada söz — ən çoxu latın hərfindən ibarət bir ardıcıllıqdır;
A mətn, burada mətn — ən çoxu 10^5 latın hərfindən ibarət bir ardıcıllıqdır.
Birinci yazı söz sətrinin mətnə altsətr kimi olub-olmadığını yoxlamaq üçün sorğudur. İkinci yazı isə mətn sətrinin əsərə əlavə olunması deməkdir.
Yazıçı işə yeni başlayıb, ona görə də mətnin ümumi uzunluğu 10^5 simvoldan artıq deyil. Giriş faylının ölçüsü meqabaytı keçmir.
? tipli sorğuların hər biri üçün əgər söz altsətr tapılıbsa, "YES", yox tapılmayıbsa "NO" cavabını verin. Axtarış zamanı böyük/kiçik hərf fərqi nəzərə alınmamalıdır.
Nümunə 1