Şahmat#2358

Şahmat

2 saniyə
64 meqabayt
Çox asan

Dünən, gözəl "Kastan" qalasında müdrik Bayquş bir şahmat dəsti tapdı. Lakin yalnız Dovşan oyunun qaydalarını tam dinləyə və yadda saxlaya bildi. Buna görə Bayquş qaydaları sadələşdirməyə qərar verdi. Nəticədə taxtada yalnız fiqur qaldı və yadda saxlamağı asanlaşdırmaq üçün bu fiqurlar Sehrli Meşənin sakinlərinin adı ilə adlandırıldı. Onlardan biri, təbii olaraq, Möhtəşəm Filopotamusdur, hansından ki, ənənəvi şahmatda fil də adlanır. İkinci fiqur isə yekdilliklə Tiqqerin adına layiq görüldü (başqa kim Qorxunc...pota... Filopotamusu tuta bilərdi ki?). Tiqqer mövcud fiqurların gedişindən razı deyil və istəyir ki, onun fiquru özünəməxsus şəkildə irəliləyə (əslində, hoppana) bilsin, çünki Tiqqer hoppanmağa, hoppanmağa və bir də hoppanmağa bayılır. Konkret olaraq, o istəyir ki, fiquru ya şaquli və ya üfüqi istiqamətdə iki xanadan, ya da diaqonal olaraq bir xanadan atlayıb tərpənə bilsin. Bayquş həmçinin qərara aldı ki, Filopotamus fiquru tərpənməsə ədalətli olar, çünki əsl Filopotamus adətən pusquda gizlənir və gözə dəyməmək üçün yerində dayanır.

Sehrli Meşənin sakinlərinə kömək edin: müəyyən edin ki, şahmat oyunu zamanı Tiqqer Filopotamusu tuta, yəni onun dayandığı xananın üzərinə çıxa bilərmi.

Giriş

Giriş faylında Tiqqerin və Filopotamusun mövqelərini göstərən iki xananın koordinatı verilir; hər biri ayrıca sətirdə. Xananın koordinatları ardıcıl şəkildə, aralarında boşluq olmadan bir hərf ( -dan -a kimi) və bir rəqəmdən ( -dən -ə kimi) ibarətdir.

Çıxış

Çıxış faylında əgər Tiqqerin fiquru Filopotamusu tuta bilirsə, YES, əks halda isə NO çap edin.

Nümunələr

Nümunə 1

Loading
Loading