Marslıların qan qohumluğu sistemi olduqca çaşdırıcıdır. Marslılar nə vaxt və necə istəsələr çoxala bilirlər, müxtəlif qruplarda toplanırlar, elə olur ki, bir Marslının bir valideyni, bəzən isə bir neçəsi olur və kimin yüz uşağı varsa heç kim təəccüblənmir. Marslılar buna uyğunlaşıblar və bu onlar üçün təbiidir. Lakin Planet Şurasında bu dolaşıq nəsil sistemi ciddi problemlərə səbəb olur. Şurada ən hörmətli Marslılar iştirak edir və heç kimi incitməmək üçün bütün müzakirələr belə aparılır ki, əvvəlcə köhnə nəsillərin nümayəndələri çıxış edir, sonra cavanlar, ən sonda isə ən gənc və uşağı olmayan Marslılar danışır. Bu qaydaya riayət etmək asan deyil. Hər bir Marslı bütün valideynlərini, nəinki, hətta babalarını da tanımır! Əgər səhvən nəsil davamçısı çıxış edər və ondan sonra cavan görkəmli ulu babası söz alarsa, bu böyük qalmaqala səbəb olar. Sənin vəzifən elə bir proqram yazmaqdır ki, Planet Şurasında çıxış edənlərin ardıcıllığını elə müəyyən etsin ki, hər bir üzv öz nəsil davamçılarından əvvəl çıxış etsin.
Girişin ilk sətrində bir ədəd , 1 \leq N \leq 100 — Marslı Planet Şurasının üzvlərinin sayı verilir. Ənənəyə görə, Şura üzvləri -dən -ə kimi ədədlərlə nömrələnirlər. Sonra dəqiq olaraq sətir verilir; -ci sətrdə -ci üzvün uşaqlarının siyahısı verilir. Uşaqların siyahısı ədədlər ardıcıllığıdır (uşaq indeksləri), boşluqla ayrılıb istənilən ardıcıllıqda verilirlər. Siyahı boş ola bilər. Siyahı (boş olsa belə) ilə bitir.
Cavabda üzvlərin nömrələrini ardıcıllıqla, boşluqla ayrılmış şəkildə yazın. Əgər şərtlərə uyğun bir neçə ardıcıllıq varsa, onlardan istənilən birini çıxış kimi verə bilərsiniz. Həmişə, ən azı, bir belə ardıcıllıq mövcuddur.
Nümunə 1