Gizli zavodlardan birində radioaktiv materiallar emal olunur və nəticədə iki növ radioaktiv tullantı yaranır: A tipli (çox təhlükəli) və B tipli (zərərsiz). Bütün tullantılar bərabər ölçülü xüsusi düzbucaqlı konteynerlərə qablaşdırılır, daha sonra konteynerlər bir-birinin üstünə yığılıb, bir qala şəklində saxlanılır. Əgər qala içərisində ardıcıl olaraq iki A tipli tullantı konteyneri varsa, belə qala partlayıcı sayılır. Sizdən tələb olunur ki, verilmiş ümumi konteyner sayı üçün qeyri-partlayıcı qala düzəltməyin neçə mümkün üsulunun olduğunu hesablaya biləcək proqram yazasınız.
Giriş faylında yeganə bir tam ədəd (1 \leq N \leq 100) verilir.
Çıxış faylında tələb olunan mümkün variantların sayı yazılmalıdır.
Nümunə 1