Sizə sətr və sütundan ibarət olan bir şahmat taxtası verilir. Taxtanın bəzi xanaları kəsilib və onların koordinatları verilib. Siz taxtada bir-birinə hücum etməyən maksimum sayda qala (rook) qoya bilməlisiniz. Qala yalnız özünün yerləşdiyi sətrin və sütunun bütün xanalarına hücum edə bilər. Kəsilmiş xanaların üzərinə qala qoymaq olmaz. Kəsilmiş xanalar qalaların yolunu kəsmir.
Daxil olan məlumat bir neçə testdən ibarətdir. Hər bir testin birinci sətrində üç tam ədəd verilir: sətirlərin sayı , sütunların sayı (1 \leq rows, cols \leq 300) və kəsilmiş xanaların sayı . Növbəti sətrdə isə kəsilmiş xanaların koordinatlarının siyahısı verilir, xanalar boşluqla ayrılıb: x_1~y_1~x_2~y_2~x_3~y_3~\ldots~x_{cuts}~y_{cuts}. Zəmanət verilir ki, 0 \leq x_i \leq rows - 1,~0 \leq y_i \leq cols - 1.
Hər test üçün bir sətrdə şahmat taxtasına bir-birinə hücum etməyən maksimum sayda qala yerləşdirə biləcəyinizi yazın.
Nümunə 1