
Quldur cəmiyyətində belə bir qayda var ki, hər kapitanın bir ev heyvanı olmalıdır. Bu heyvan xüsusilə kapitan yaxşı qəhrəmanlarla — onun pis işlərinə etiraz edənlərlə — danışanda, hər zaman kapitanın çiyinində olmalıdır.
Greedbeard, Greatlooter adlı quldur gəmisinin ən qorxulu və məşhur kapitanlarından biridir. Onun ev heyvanı da ən qorxulu və məşhurlardandır — tutuquşu Polly. Hər tutuquşu kimi Polly də eşitdiyi söhbətləri təqlid etməyi sevir. Təəssüf ki, Polly eşitdiyi cümlələri düzgün surətdə köçürməkdə elə də yaxşı deyil. Buna görə də, Greedbeard Polly-yə insan dilində danışmağı öyrəndiyi müddətdə ona kömək etməyə qərar vermişdir.
Greedbeard müşahidə edib ki, Polly bütün cümlələri təqlid edə bilir, amma tez-tez aşağıdakı üç səhvdən birini və ya bir neçəsini edir:
Polly cümlədəki sözlərin sıra ardıcıllığını qarışdırır. Məsələn, "polly wants a cracker" əvəzinə "polly cracker a wants" deyir;
Polly cümlədən bəzən sözləri unudur. Məsələn, "polly wants a cracker" əvəzinə "polly a cracker" deyir;
Nəhayət, Polly sözlərin içində sait və samit hərfləri^1 səhv deyir, əlavə edir və ya əskik salır. Məsələn, "polly wants a cracker" əvəzinə "polly wantsu a trackets" deyir.
Qeyd edək ki, Polly heç vaxt bir cümlədə eyni sözü iki dəfə təkrarlamır. Kapitan həmişə Polly-nin hansı orijinal cümləni təqlid etdiyini bilir.
Kapitan Greedbeard ilk iki səhvlə maraqlanmır. Lakin sözdə hərflərin səhv deyilməsi və ya silinməsi/əlavə edilməsi onu dəli edir. Ona görə də Polly hər dəfə bir sözdə hərfi dəyişsə, hər dəyişiklik üçün kapitan Polly-nin naharından bir kraker alır. Kapitanın Polly-dən bir sözə görə aldığı krakerlərin sayı Polly-nin dediyi sözü, deməli olduğu sözə çevirmək üçün lazım olan minimal düzəlişlərin (editlərin) sayına bərabərdir. Düzəliş dedikdə bir hərf əlavə etmək, silmək və ya əvəz etmək nəzərdə tutulur.
Həmişə Polly-nin dediyi sözlərin orijinal cümlədəki hansı sözə uyğun gəldiyi aydın olmur. Greedbeard hesab edir ki, sözlər elə uyğunlaşdırılıb ki, ümumi səhvlərin sayı minimum olsun.
Məsələn, əgər Polly belə deməli idi: "polly wants a cracker", amma belə dedi: "polly crackets wantsu", kapitan Polly-nin naharından 3 kraker alır: "cracker" sözündəki dəyişiklik üçün 2 kraker və "wants" sözünə bir hərf əlavə olduğu üçün 1 kraker. Kapitanın vecinə deyil ki, "a" sözü çatışmır və ya sözlər səhv ardıcıllıqla səslənib.
_______________
^1 Yəni: hərfin yerlərini səhv salır, əlavə edir və ya çıxarır.
Birinci sətrdə testlərin sayı verilir. Hər test aşağıdakı formada olur:
bir sətir ( uzunluq ) — Polly-nin təqlid etməyə çalışdığı cümlə;
bir sətir ( uzunluq ) — Polly-nin əslində dediyi cümlə.
Əlavə qeydlər:
Təqlid olunan cümlə 1-dən 8-ədək sözdən ibarət olur.
Söz — kiçik hərflərlə yazılmış ardıcıl simvol silsiləsidir. Hər bir söz sonunda boşluq və ya cümlənin sonu ilə bitir.
Cümlədə ardıcıl olaraq bir neçə boşluq olmur.
Hər test üçün ayrı sətirdə Greedbeard-in Polly-nin naharından neçə kraker alacağını çap edin.
Nümunə 1