Ninja olmaq çox vaxtını məşqə sərf etmək deməkdir. Məşqlər arasındakı vaxtı keçirmək üçün ninjalar şurikenlərlə^1 oyunlar oynamağı xoşlayırlar. Ninjaların ən sevimli köhnə oyunlarından biri iki oyunçu üçün nəzərdə tutulub və bir ədəd şuriken yığını ilə oynanılır. Növbə ilə hər oyunçu yığından bir neçə şuriken götürür — ən azı bir, amma ən çoxu qədər. Sonuncu şuriken(lər)i götürən oyunçu qalib olur. Zaman keçdikcə ninjalar bu oyunun qalib strategiyasını tapdılar və ona maraqlarını itirdilər.
Xoşbəxtlikdən, bir ninja oyunu yenidən maraqlı etmək üçün əlavə bir qayda təklif etdi. Bu qayda deyir ki, oyunçunun, rəqibin sonuncu etdiyi hərəkəti təkrarlamaq ixtiyarı yoxdur (yəni, əvvəlki oyunçunun götürdüyü qədər şuriken götürmək olmaz). Əgər yığının içində cəmi bir şuriken qalıbsa və digər oyunçu biraz əvvəl bir şuriken götürübsə, növbəti oyunçunun heç bir leqal hərəkəti qalmır və uduzur. Siz ninjalara kömək edə bilərsinizmi ki, mövcud vəziyyətdə növbə sahibinin necə qalib gələ biləcəyini müəyyən etsinlər?
________________
^1 Şuriken iti ucluqlara malik olan və ninjaların düşmənlərinə atmaq üçün istifadə etdikləri metal ulduzdur.
Birinci sətirdə yeganə tam ədəd — testlərin sayı verilir. Hər bir test üçün aşağıdakı formatda giriş verilir:
Bir sətirdə üç tam ədəd: , və (1 \leq S \leq 100000, 2 \leq N \leq 100, 1 \leq P \leq N): yığındakı şurikenlərin sayı, bir oyunçunun yığından götürə biləcəyi maksimum şuriken sayı və digər oyunçunun sonuncu etdiyi hərəkət.
Hər bir test üçün, tək sətirdə həmin vəziyyətdə qələbəni təmin edən ən az şuriken sayını yazın. Əgər qələbə üçün heç bir hərəkət yoxdursa, 0 yazın.
Nümunə 1