Dəniz boyunca dar zolaqda çimərlik yerləşir. Çimərliyin müəyyən nöqtələrində dondurma dükanı yerləşir. Gözəl günlərin birində dondurma satıcılarının bəziləri işə çıxmamışdılar. Dondurma satıcılarını dükanlar üzrə elə yerləşdirin ki, satıcılar arasındakı minimal məsafə daha böyük olsun. Bu şəkildə onlar bir-birinə az mane olacaqlar.
İlk sətirdə dükanların (2 < n < 10001) sayı və işə çıxan satıcıların (1 < k < n) sayı verilir. İkinci sətirdə artan ardıcıllıqda dükanların koordinatlarını ifadə edən natural ədəd verilir (koordinatlar 10^9-u aşmır).
Optimal yerləşdirmədə qonşu satıcılar arasındakı minimal məsafəni çap edin.
Nümunə 1
Nümunə 2