Verilmiş müstəvidə iki müxtəlif nöqtəyə əsaslanaraq aşağıdakı hesablamaları yerinə yetirin:
Birinci nöqtədən başlayıb ikinci nöqtədə bitən vektoru tapın.
Birinci tapşırıqda əldə olunan vektora uyğun vahid vektoru tapın.
İlkin vektorl ilə eyni istiqamətdə olan, lakin verilmiş uzunluğa malik vektoru hesablayın.
İlkin vektoru 90° saat əqrəbinin əksi istiqamətində döndərməklə alınan vektoru hesablayın.
İlkin vektoru 90° saat əqrəbi istiqamətində döndərməklə alınan vektoru hesablayın.
Giriş üç sətirdən ibarətdir. İlk iki sətirin hər birində verilmiş nöqtələrin koordinatlarını göstərən iki tam ədəd verilib. Üçüncü sətirdə üçüncü tapşırıq üçün nəzərdə tutulmuş vektorun uzunluğunu göstərən bir natural ədəd verilib. Girişdəki bütün ədədlərin modulu 1000-dən böyük deyil.
Hər tapşırığın cavabını ayrıca sətirdə, müvafiq vektorun koordinatlarını 10^{-4} dəqiqliklə çap edin.
Nümunə 1