Nenokku (Easy)#5289

Nenokku (Easy)

1 saniyə
64 meqabayt
Çox asan

Məşhur bir kitabın heç də az məşhur olmayan müəllifi əsərinin davamını yazmaq qərarına gəldi. O, bütün kitablarını İnternetə qoşulmuş kompüterdə yazırdı. Bu səhlənkarlıqdan istifadə edərək Nenokku adlı bir oğlan tamamlanmamış kitaba giriş əldə etdi. Hər axşam oğlan yazıçının kompüterinə girib yeni yazıları öz kompüterinə köçürürdü. Növbəti fəslini köçürəndən sonra Nenokku yazıçının "kitab" sözünü heç olmasa bir dəfə istifadə edib-etmədiyini maraqlandı. Amma o, kitab oxumağı deyil, İnternetdə gəzməyi üstün tutur, buna görə də sizdən xahiş edir ki, mətnin daxilində bəzi sözlərin olub-olmadığını öyrənəsiniz. Təbii ki, onu təkcə bir söz yox, daha çox söz maraqlandırır.

Giriş

Giriş faylının hər sətrində aşağıdakı iki tipdən biri yazılır:

  1. ? <söz> (söz — ən çoxu 50 latın hərfli sözdür);

  2. A <mətn> (mətn — ən çoxu 10^5 latın hərfli yazıdır).

? ilə başlayan sətir mətnin içində söz alt sətrinin olub-olmamasını (böyük/kiçik hərf fərqini nəzərə almadan) yoxlamağı tələb edir.

A ilə başlayan sətir mətn sətrinin əsas mətnə əlavə olunmasını tələb edir.

Yazıçı əsərinə yeni başladığı üçün hələ 50 simvoldan çox yaza bilməyib. Giriş faylının ümumi ölçüsü 1 kilobaytdan artıq deyildir.

Çıxış

Hər ? tipli sətrə görə, əgər söz alt sətri əsas mətnin içində varsa "YES", yoxdursa "NO" çap edin. Axtarış böyük/kiçik hərf fərqini nəzərə almadan aparılmalıdır.

Nümunələr

Nümunə 1

Loading
Loading