Jo və dostları hər il bir dəfə Erlangen şəhərində keçirilən yerli yarmarka olan Bergkirchweih-ə getmək istəyirlər. Bu il onlar Kastenlauf (qutu qaçışı) etmək istəyirlər. Onlar Jo-nun evindən başlayırlar və bir qutu (Kasten) su (20 butulka) götürürlər. Çox susadıqlarına görə hər 50 metr məsafə qət etdikcə bir butulka su içirlər.
Jo-nun evindən Bergkirchweih-ə olan yol xeyli uzun olduğuna görə onlara əvvəlki sularından daha çox su lazım olacaq. Xoşbəxtlikdən, yolda su satan mağazalar var. Onlar mağazaya çatanda boş butulkalarını atıb yeni butulkalar ala bilərlər, lakin daşıya bildikləri tam dolu butulkaların sayı heç vaxt 20-dən çox olmur (çünki onlar bir dolu qutudan artıq daşımağa tənbəldirlər).
Sizə mağazaların, Jo-nun evinin və Bergkirchweih-in koordinatları verilir. Siz proqram yazmalısınız ki, Jo və dostları xoşbəxtliklə Bergkirchweih-ə çata biləcək, yoxsa yolda suları qurtaracaq.
İlk sətirdə testlərin sayı (t \leq 50) verilir. Hər testin əvvəlində bir sətirdə (0 \leq n \leq 100) su satan mağazanın sayı verilir. Sonrakı n + 2 sətirdə (bu ardıcıllıqla) Jo-nun evinin, mağazaların və Bergkirchweih-in koordinatları verilir. Hər koordinat iki tam ədəd və şəkildə (hər ikisi metrlə, -32\,768 \leq x, y \leq 32\,767) verilir. Erlangen şəhəri düzbucaqlı planlaşdırıldığı üçün iki nöqtə arasındakı məsafə koordinatlarının mütləq fərqlərinin cəminə bərabərdir (bu da Manhattan-metriyası adlanır).
Hər test üçün bir sətir çıxışa yazın — əgər Jo və dostları Bergkirchweih-ə xoşbəxtliklə çata bilərlərsə happy, əks halda, yolda suları qurtararsa sad yazın.
\begin{example}\exmp{220 01000 02000 10002000 2000}{happysad}\end{example}
Nümunə 1