Daş-qaş cəvahirat üçün yarış#8187

Daş-qaş cəvahirat üçün yarış

1 saniyə
128 meqabayt
Asan

Siz yarış oyunu oynayırsınız. Sizin personaj x (y = 0) oxundan start götürür və x = 0 və x = w düzxətləri ilə məhdudlaşdırılmış yarış cığırında hərəkət edir. Siz yarışa cığırın sərhədləri daxilində istənilən koordinatdan başlaya bilərsiniz. Finiş xətti y = h düzxəttində yerləşir, oyun bu xəttə çatanda bitir. Siz şaquli v sabit sürətlə hərəkət edirsiniz, bu zaman Siz üfiqi sürətinizi -v / r və v / r diapazonunda istənilən qiymətdə və bu sürəti istənilən anda dəyişə bilərsiniz.

Yarış yolunda müəyyən nöqtələrdə n qiymətli daş-qaş cəvahirat var. Siz maksimum nə qədər daş-qaş cəvahirat yığa bilərsiniz?

Giriş verilənləri

İlk sətir dörd n, r, w və h (1 ≤ n ≤ 10^5, 1 ≤ r ≤ 10, 1 ≤ w, h ≤ 10^9) tam ədədlərini ehtiva edir. Növbəti hər bir n sətir i-ci daş-qaşın koordinatını ifadə edən iki x[i] və y[i] (0 ≤ x[i] ≤ w, 0 < y[i] ≤ h) tam ədədlərini ehtiva edir. Hər bir nöqtədə birdən çox olmayan daş-qaş var.

Giriş verilənləri v qiymətini ehtiva etmir.

Çıxış verilənləri

Yarış zamanı əldə edilə biləcək daş-qaşların maksimal sayını verin.

Nümunələr

Nümunə 1

Loading
Loading

Nümunə 2

Loading
Loading