Sehrbaz və Canavarlar#8598

Sehrbaz və Canavarlar

1 saniyə
128 meqabayt
Asan

Siz gəzməyə gedərkən birdən n canavarla rastlaşdınız. Hər bir canavarın, onun gücünü göstərən bir parametri - canı var. i-ci canavarın rastlaşma anındakı canını hi ilə işarə edək. Hər hansı bir canavarın canı 0-a və ya daha aşağı düşdükdə o yoxa çıxır.

Xoşbəxtlikdən, siz partlayış yarada bilən bacarıqlı bir sehrbazsınız. Bu partlayışlarla siz canavarların canını azalda bilərsiniz. Bir partlayışda canavarların canını aşağıdakı kimi azaltmaq olar:

Hələ də sağ olan hər hansı bir canavarı seçib, partlayışı onun yanında edirsiniz. Bu zaman həmin canavarın canı a qədər, digər bütün canavarların canı isə b qədər azalır. Burada a və b öncədən verilmiş parametrlərdir və a > b.

Bütün canavarları yox etmək üçün minimum neçə partlayışa ehtiyac var?

Giriş verilənləri

İlk sətirdə üç tam ədəd: n, a və b verilir. Daha sonra n sətrin hər birində bir ədəd h[i] – i-ci canavarın rastlaşma anındakı canı verilir (1 ≤ n ≤ 10^5, 1 ≤ b < a ≤ 10^9, 1 ≤ h[i] ≤ 10^9).

Çıxış verilənləri

Bütün canavarları yox etmək üçün lazım olan minimum partlayışların sayını çıxışa verin.

İzah

Test 1.

Test 2.

Nümunələr

Nümunə 1

Loading
Loading

Nümunə 2

Loading
Loading

Nümunə 3

Loading
Loading