Piramida n sıra ilə təşkil olunub. Ən aşağıda yerləşən ilk sıra n ədədindən ibarətdir, ikinci sıra n - 1 ədəd, üçüncü sıra n - 2 ədəd və bu qayda ilə davam edir. Ən yuxarıda yerləşən sonuncu sıra isə yalnız bir ədəddən ibarətdir.
Birinci sıranın n ədədi məlumdur. İkinci sıra birinci sıranın ədədləri əsasında, üçüncü sıra isə ikinci sıranın ədədləri əsasında formalaşır və bu qayda ilə davam edir.
Cüt sıra üçün hər bir element, əvvəlki sıranın solunda yerləşən elementlərin cəmi ilə sağında yerləşən elementlərin cəmi arasında minimum olan ədədin son rəqəmi kimi hesablanır.
Tək sıra üçün isə hər bir element (ilk ədədin verildiyi sıra istisna olmaqla) eyni qayda ilə hesablanır, lakin bu dəfə minimum əvəzinə maksimum tapılır.
Piramidanın bütün ədədlərinin cəmini hesablayın.
Birinci sətirdə piramidanın birinci sırasında olan ədədlərin sayı n verilir. İkinci sətirdə isə bu ədədlər verilir. Bütün ədədlər 0 ilə 50 000 arasında olan tam ədədlərdir.
Piramidanın bütün ədədlərinin cəmini çıxarın.

4-cü sıra: min{9, 8} = 8
3-cü sıra: max{5, 1 + 8} = 9, max{5 + 1, 8} = 8
2-ci sıra: min{5, 6 + 7 + 8} = 5, min{5 + 6, 7 + 8} = 11, min{5 + 6 + 7, 8} = 8
1-ci sıra: ədədlər məsələnin şərtində verilmişdir
Cavab: 8 + 9 + 8 + 5 + 1 + 8 + 5 + 6 + 7 + 8 = 65
Nümunə 1