Tanrı özünü xilas edən insanı xilas edir!#9781

Tanrı özünü xilas edən insanı xilas edir!

1 saniyə
64 meqabayt
Çətin

Hüseyn karantinə və bir çox məsələlərə ciddi yanaşır. Evdə tək başına darıxır və gəzmək istəyir, amma bu risklidir! Hüseyn bilir ki, şəhərdə n təhlükəsiz yer mövcuddur. Onun çoxlu dərmanları, maskaları, spirtləri və respiratorları var. Hüseyn bu n yerdə özünə k gizli yer yaratmaq istəyir ki, hansısa gizli yerə çata biləcəyi təhlükəsiz yerlərin sayı maksimum olsun! Hazırda Hüseyn ilk təhlükəsiz yerdədir və təhlükəsiz yerlərə aparan yollar haqqında məlumatı var. Hər bir i nömrəli təhlükəsiz yerdən j nömrəli təhlükəsiz yerə (i<j) bir təhlükəsiz yol mövcuddur, geri qayıtmaq mümkün deyil. Hüseynə maraqlıdır ki, gizli yerləri optimal şəkildə yerləşdirsə, hansısa gizli yerə çata biləcəyi maksimum təhlükəsiz yerlərin sayı nə qədərdir.

Giriş məlumatları

Birinci sətirdə iki ədəd n və k verilir – təhlükəsiz yerlərin sayı və Hüseynin yaratmaq istədiyi gizli yerlərin sayı( 1 <= k <= n <= 300000). Növbəti sətirdə n-1 tam ədəd p[2], p[3], ..., p[n] verilir. p[i] ədədi, i nömrəli təhlükəsiz yerə aparan təhlükəsiz yolun p[i] nömrəli təhlükəsiz yerdən başladığını göstərir ( 1 <= p[i] < i ).

Çıxış məlumatları

Bir ədəd çıxarın – optimal şəkildə gizli yerləri yerləşdirdikdə hansısa gizli yerə çata biləcəyi maksimum təhlükəsiz yerlərin sayı.

Nümunələr

Nümunə 1

Loading
Loading

Nümunə 2

Loading
Loading

Nümunə 3

Loading
Loading