Hər kəs üçün ədalətli iştirakı təmin etmək üçün aşağadaki qaydalara əməl edin:
Ünsiyyət qadağandır: Raund zamanı digərləri ilə ünsiyyət qurmamalısınız, bura problem şərtlərini və ya həlləri paylaşmaq və ya müzakirə etmək daxildir. Əgər sualınız varsa və ya köməyə ehtiyacınız varsa, yarışma interfeysi vasətilə və ya support@eolymp.com elektron poçtu vasətilə münsiflər heyətinə müraciət edə bilərsiniz.
Özünüz həll edin: Raund zamanı yazılan bütün kodlar sizin tərəfinizdən yazılmalıdır.
Hazırlıqlı gəlin: Raund zamanı əvvəlcədən sizin və ya başqaları tərəfindən yazılmış koddan istifadə edə bilərsiniz, lakin o, raundun başlanğıcından əvvəl dərc edilmiş/paylaşılmış olmalıdır.
Tək hesab: Raundda iştirak etmək üçün yalnız bir şəxsi hesabdan istifadə etməlisiniz.
Müdaxilə qadağandır: Qiymətləndirmə sistemini hər hansı bir şəkildə qəsdən qeyri-sabitləşdirməyə və ya sındırmaya cəhd etməməlisiniz.
Qaydalara və ya istifadə şərtlərimizə xələl gətirdiyindən şübhələnilən istənilən iştirakçıları öz mülahizəmizə əsasən diskvalifikasiya etmək hüququnu özümüzdə saxlayırıq.
Unudmayın ki, həm kodunuzu paylaşmaq, həm də başqasının kodundan istifadə etmək qayda pozuntusu hesab olunur.